şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Gürcüstan çempionu Premyer Liqa klubunda

21.12.2020 15:55 Oxundu 434

İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, böyük britaniyalılar bu posta ispaniyalı Xisko Munyosu gətirib.

40 yaşlı çalışdırıcı ilə müqavilənin detalları açıqlanmayıb. Onun son iş yeri Gürcüstan olub. Munyos Tbilisi “Dinamo”suna ölkə çempionatının qızıl medallarını qazandırıb.

Qeyd edək ki. “Uotford” bir neçə gün əvvəl Vladimir İviçi istefaya göndərib.