bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Real”ın yeni hədəfi

21.12.2020 21:45 Oxundu 441


İngiltərənin “Brayton” klubunun yarımmüdafiəçisi İv Bissuma karyerasını İspaniyada davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, 24 yaşlı futbolçu “Real”ın maraq dairəsindədir.

Bir müddətdir Mali millisinin üzvünü izləyən Madrid klubunun skautları onun barəsində rəhbərliyə müsbət raport təqdim edib. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan orta sahə oyunçusunu bəyənir. O, Pol Poqba (“Mançester Yunayted”) və Eduardo Kamavinqa (“Renn”) ilə müqayisədə daha ucuz namizəddir. “Brayton” rəhbərliyi “Liverpul” və “Arsenal”ın da gündəmində olan yarımmüdafiəçisini təxminən 35-40 milyon avroya satmağa razılıq verə bilər.

Qeyd edək ki, İv Bissuma cari mövsüm Premyer Liqada keçirdiyi 13 oyunda 1 qol vurub.