21.12.2020 22:20
430

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısında dəyişiklik olub.
“CEMPİON.AZ” xəbər verir ki, “Sabah”la qarşılaşmada qapısını toxunulmaz saxlayan Aqil Məmmədov liderliyə şərik çıxıb.
“Neftçi”nin qolkiperi mövsümdə 5-ci quru oyununu keçirib. O, bu göstəricidə rekordçu olan Mateus Albinoya çatıb. “Zirə”nin legioneri də 5 dəfə oyunu qol buraxmadan tərk edib.
Lakin Aqil Mateusla müqayisədə daha çox matç keçirib. Məmmədovun 12, braziliyalının 10 oyunu var.
Qeyd edək ki, quru oyun sayında 3-cü sırada Stanislav Namaşko qərarlaşıb. “Keşlə”nin əlcək sahibi 4 matçda qol buraxmayıb.