bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

"Çelsi" qələbə qazandı

22.12.2020 10:34 Oxundu 433


İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.


“CEMPİON.AZ” xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. "Çelsi" öz meydanında "Vest Hem"i qəbul edib və inamlı qələbə qazanıb - 3:0.

"Çelsi"  - "Vest Hem" - 3:0
Qollar: Silva10, Abraham, 78, 80

Bu nəticədən sonra "Çelsi" xallarını 25-ə çatdıraraq 5-ci pilləyə yüksəlib. "Vest Hem" isə 21 xalla 10-cudur. Turnir cədvəlinə 31 xalla "Liverpul" başçılıq edir.