bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Messi kubok kolleksiyasını zənginləşdirdi

22.12.2020 11:11 Oxundu 464


"Barselona"nın futbolçusu Lionel Messi növbəti dəfə mükafatlandırılıb.

“CEMPİON.AZ” klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, ona Marca nəşri tərəfindən mövsümün ən yaxşı bombardirinə verilən mükafat - Piçiçi kuboku təqdim  olunub.

Bu, argentinalı hücumçunun 7-ci Piçiçi kubokudur. 33 yaşlı yunçu 2010, 2012, 2013, 2017, 2018 və 2019-cu illərdə bu mükafatı alıb.

Qeyd edək ki, Messi ötən mövsüm La Liqada  25 qol vuraraq ən yaxşı bombardir olub. O, bu mövsüm isə 13 oyunda 6 dəfə fərqlənib.