şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Markos Roxo “Şeffild” yolunda

22.12.2020 12:52 Oxundu 590

 İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markos Roxo qış transfer dövründə komandanı tərk edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, 30 yaşlı argentinalı müdafiəçi Premyer Liqanın autsayderi “Şeffild Yunayted”ə keçməyə yaxındır.

Çempionatın autsayderi müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirmək arzusundadır. Mançester təmsilçisində heyətə düşməkdə çətinlik çəkən Roxo Premyer Liqa karyerasını davam etdirməkdə israrlıdır.

Qeyd edək ki, müqaviləsi 2021-ci ilin yayında başa çatacaq Roxo ilə digər İngiltərə təmsilçisi “Nyukasl” da maraqlanır.