bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Mançester klublarının hədəfi

22.12.2020 13:26 Oxundu 441


"Bavariya"nın futbolçusu David Alaba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

“CEMPİON.AZ”  "AS"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə "Mançester Siti" və "Mançester Yunayted" maraqlanır. Bu klubların nümayəndələrin artıq Alabanın agenti Pini Zahavi ilə əlaqə saxladığı bildirilib.

Madrid "Real"ı da avstriyalı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Alabanın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin iyunu başa çatır.