bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Salah “Liverpul”dan getməyəcək

22.12.2020 14:51 Oxundu 453


İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahı satmayacaq.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi 2021-ci ildə klubunu dəyişəcəyi iddia olunan misirli hücumçunun heyətində saxlayacaq.

Baş məşqçi Yurgen Kloppla problemi olmayan forvard da, ailəsi də Liverpulda qalmağa razıdır. Mersisaydlılar da komandanın aparıcı üzvü ilə vidalaşmağa tələsmir.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Salahın transfer qiyməti 120 milyon avro ilə dəyərləndirilir.