bazar ertəsi, 25 avqust 2025

BİZİM FUTBOL

AFFA futbolçunu cəzalandırdı

22.12.2020 15:28 Oxundu 454


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

“CEMPİON.AZ” xəbər verir ki, yığıncaqda Premyer Liqanın XII turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. Meydan sahiblərinin futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub 200 manat cərimələnib.