22.12.2020 15:52
436

Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
“CEMPİON.AZ” xəbər verir ki, bu ada Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba layiq görülüb.
28 yaşlı oyunçu hamıdan çox səs toplayaraq 7-ci dəfə ölkəsinin ən yaxşısı seçilib. O, 2011-2016-cı illər aralığında 6 dəfə mükafata sahib çıxıb. Ulduz futbolçu səsvermə zamanı Marsel Sabitzer (“Leypsiq”) və Dominik Soboslayı (“Zalsburq”) qabaqlayıb.
Qeyd edək ki, sorğuda Avstriya Bundesliqasındakı klubların baş məşqçiləri və idman direktorları iştirak edib.