bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

İslandiya millisində yeni baş məşqçi

22.12.2020 23:40 Oxundu 438

 İslandiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

“CEMPİON.AZ” xəbər verir ki, bu haqda İslandiya Futbol Federasiyasının rəsmi sosial şəbəkə hesablarında  məlumat yayılıb. Komandanı U-21 yığmasına rəhbərlik edən Arnar Vidarssonun çalışdıracağı bildirilib.

İslandiya millisinin bunadək son baş məşqçisi Erik Hamren olub. O, noyabr ayında istefaya göndərilib. Onun komandadan ayrılmasına yığmanın Avro-2020-yə vəsiqə qazana bilməməsi və Millətlər Liqasının A Liqasından kənarlaşdırılması səbəb olub.

Qeyd edək ki, Vidarsson 1998-2007-ci ilərdə İslandiya millisində çıxış edib.