23.12.2020 11:15
419


İtaliya A seriyasında XIV turun mübarizəsi başlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, açılış günündə 2 oyun keçirilib.
Autsayder “Krotone” öz meydanında təhlükəli zonada qərarlaşan “Parma”ya qalib gələrək, son pillədən qurtulub.
Cari mövsüm çempionatda məğlubiyyət üzü görməyən iki komandadan biri olan “Yuventus” son 8 turda qələbə üzünə həsrət “Fiorentina”nı sınağa çəkib. Axırıncı dəfə 2017-ci ilin yanvarında “qoca sinyora”nı məğlub edən florensiyalıların təxminən 4 illik həsrətə son qoymağı bacarıb.
Xuan Kuadradonun 18-ci dəqiqədə qırmızı vərəqə alması ilə matçın böyük hissəsini azlıqda keçirən “qoca sinyora”nın mövsümdə ilk məğlubiyyəti böyükhesablı olub.
Qeyd edək ki, turun digər oyunları dekabrın 23-də keçiriləcək.
İtaliya A seriyası
XIV tur
22 dekabr
“Krotone” – “Parma” – 2:1
Messias, 24, 44 – Kuçka, 57
“Yuventus” – “Fiorentina” – 0:3
Vlahoviç, 3, Aleks Sandro, 76 (avtoqol), Kaseres, 81
1 | Milan | 13 | 9 | 4 | 0 | 29-14 | 31 |
2 | İnter | 13 | 9 | 3 | 1 | 32-16 | 30 |
3 | Napoli | 12 | 8 | 0 | 4 | 26-11 | 24 |
4 | Yuventus | 13 | 6 | 6 | 1 | 25-13 | 24 |
5 | Roma | 13 | 7 | 3 | 3 | 28-21 | 24 |
6 | Sassuolo | 13 | 6 | 5 | 2 | 23-15 | 23 |
7 | Atalanta | 12 | 6 | 3 | 3 | 26-18 | 21 |
8 | Latsio | 13 | 6 | 3 | 4 | 20-20 | 21 |
9 | Verona | 13 | 5 | 5 | 3 | 17-12 | 20 |
10 | Sampdoriya | 13 | 5 | 2 | 6 | 21-21 | 17 |
11 | Udineze | 12 | 4 | 3 | 5 | 14-15 | 15 |
12 | Benevento | 13 | 4 | 3 | 6 | 15-23 | 15 |
13 | Kalyari | 13 | 3 | 5 | 5 | 19-24 | 14 |
14 | Bolonya | 13 | 4 | 2 | 7 | 19-25 | 14 |
15 | Fiorentina | 14 | 3 | 5 | 6 | 16-21 | 14 |
16 | Parma | 14 | 2 | 6 | 6 | 13-25 | 12 |
17 | Speziya | 13 | 2 | 5 | 6 | 18-27 | 11 |
18 | Krotone | 14 | 2 | 3 | 9 | 13-29 | 9 |
19 | Torino | 13 | 1 | 4 | 8 | 21-31 | 7 |
20 | Cenoa | 13 | 1 | 4 | 8 | 12-26 | 7 |