bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Simeonedən yubiley qələbə

23.12.2020 14:24 Oxundu 438

 İspaniyanın “Atletiko” klubu baş məşqçisi Dieqo Simeonenin rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu, La Liqanın XV turunda baş verib.

“Real Sosyefad” üzərində qələbə mütəxəssis üçün yubileylə əlamətdar olub. Simeone 300-cü qələbəni 499-cu oyununda qazanıb.

50 yaşlı argentinalı “Atletiko”da 300 və daha çox qələbə qazanan 2-ci mütəxəssisdir. Luis Araqones 300-cü uğuru 587-ci matçda əldə edib.

Qeyd edək ki, Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir.