bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Real” Martinesi transfer etməyəcək

23.12.2020 15:39 Oxundu 451


İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martineslə maraqlanan komandalardan biri geri çəkilib.

“CEMPİON.AZ” xəbər verir ki, İspaniya təmsilçisi “Real” 22 yaşlı forvardın transferindən vaz keçib.

Buna səbəb “kral klubu”nun bütün diqqətini Fransa yığmasının və PSJ-nin qolçusu Kilian Mbappeyə yönəltməsidir. Rəhbərliyin mövsümün sonunda prioritet hədəfi məhz Mbappe olacaq. Eyni vaxtda iki ulduz futbolçunun transferinin çətinliyini dərk edən madridlilər Mbappeni Martinesdən üstün tutublar.

Qeyd edək ki, Lautaro Martinesin 2021-ci ilin yayında “Barselona”ya keçidi gündəmdədir.