bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus” hücum xəttini gücləndirir

23.12.2020 21:52 Oxundu 423


İtaliyanın “Yuventus” klubu yeni hücumçu almağı planlaşdırır.

“CEMPİON.AZ” xəbər verir ki, Turin təmsilçisi hücum xəttində ehtiyat qüvvənin olmasını zəruri sayır.

A seriyası klubu Odson Eduarın transferində maraqlıdır. Şotlandiya “Seltik”inin forvardı İtaliya təmsilçisinin ön xəttində həm rəqabəti artırmalı, həm də ehtiyatdan meydana daxil olan futbolçu funksiyasını yerinə yetirməlidir.

“Yuventus” Eduarın xidmətində maraqlı olan ilk İtaliya nəhəngi deyil. “Milan” da hücumçunu sıralarına qatmaq fikrindədir.