24.12.2020 12:24
458
458

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.
“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, finala vəsiqə uğrunda mübarizədə “Mançester Yunayted” öz meydanında “Mançester Siti” ilə qarşılaşacaq. “Tottenhem” isə “Brentford”u qəbul edəcək.
Qeyd edək ki, yarımfinal oyunları 2021-ci il yanvarın ilk həftəsində keçiriləcək.