bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Qırmızı şeytanlar” 13-cü səfər qələbəsini qazandı

24.12.2020 13:15 Oxundu 472

“Mançester Yunayted” öz klub rekordunu qırıb.

“CEMPİON.AZ” “Opta”ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” buna İngiltərə kubokunun 1/4 finalında “Everton”la səfər matçında nail olublar. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Ole Qunnar Sulşerin baş məşqçisi olduğu komanda bütün turnirlərdə Premyer Liqa klubları üzərində ardıcıl 13-cü səfər qələbəsini qazanıb. Bu, “Mançester Yunayted” üçün klub rekordu hesab edilir.

Komanda son dəfə iyun ayının 19-da əsas liqa komandasına qalib gələ bilməyib. Premyer Liqanın 2019/20 mövsümünün 30-cu turunda “Tottenhem”lə Londonda keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, “Mançester Yunayted” kubokun yarımfinalında “Mançester Siti”ni qəbul edəcək. Yarımfinal oyunları 2021-ci il yanvarın ilk həftəsində keçiriləcək.