24.12.2020 14:57
413


İspaniyanın “Real Sosyedad” klubu baş məşqçisi İmanol Alquasillə müqaviləni uzadıb.
“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb klub rəhbərliyinin mütəxəssisin işindən razı olmasıdır.
Çalışdırıcının yeni müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Anlaşmanın maliyyə tərəfləri açıqlanmır.
Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlində 3-cü olan “Real Sosyedad”ın aktivində 26 xal var.