24.12.2020 15:13
565


İngiltərənin “Liverpul” klubu zədəli futbolçuların çoxluğundan əziyyət çəkdiyi müdafiə xəttinə yeni oyunçu qatacaq.
“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Esekyel Qarayla müqavilə imzalayacaq.
İspaniya “Valensiya”sı və Rusiya “Zenit”ində də oynamış müdafiəçi ilə anlaşma yaxın günlərdə rəsmiləşəcək. 34 yaşlı futbolçu Liverpulun eyniadlı təmsilçisinə azad agent kimi keçəcək.