bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

PSJ Tuxellə yollarını ayırdı

24.12.2020 16:23 Oxundu 485

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxeli istefaya göndərib.

“CEMPİON.AZ” xəbər verir ki, bu iddia ilə “L’Equipe” nəşri çıxış edib.

Bildirilib ki, parislilər almaniyalı mütəxəssisin mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib. Rəhbərlik
Liqa1-in XVII turunda “Strasbur”la dünənki görüşdən (4:0) sonra Tuxelə bu barədə məlumat verib.

Qeyd edək ki, 2018-ci ildən PSJ-yə rəhbərlik edən Tomas Tuxel komandanı 2 dəfə ölkə çempionu edib.