24.12.2020 19:38
488


“Sumqayıt”ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 13-cü turunda evdə “Sabah”a uduzduqları oyunu şərh edib.
“CEMPİON.AZ” xəbər verir ki, o, mətbuat konfransında 1:2 hesablı məğlubiyyət haqda bunları deyib:
“Oyuna hazırlaşmışdıq. İstəyirdik ilin son oyununda qələbə qazanaq. Hava şəraiti, zədəlilər, virusla bağlı məsələlərə görə alınmadı. Uşaqlar sona qədər mübarizə apardı. Baş məşqçinin, həmçinin Xocaniyazov və Xaçayevin olmaması təsirini göstərdi”.
Xatırladaq ki, "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov ötən gecə səhhəti pisləşdiyi üçün bugünkü oyunda komandasının yanında ola bilməyib.