24.12.2020 22:13
501


Bu gün Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçirilib.
“CEMPİON.AZ” xəbər verir ki, 13-cü turun bütün görüşləri eyni gündə olub.
"Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. Ağdam klubu bu matçda 3:2 hesablı əzmkar qələbə qazanıb.
"Səbail" doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub. "Sumqayıt" isə evdə eyni hesabla "Sabah"a məğlub olub.
Günün son qarşılaşmasında isə "Neftçi" "Keşlə"ni qəbul edib. "Ağ-qaralar" 2:1 hesablı qələbə ilə liderliyini qoruyub və qış çempionu olub. İkinci pillədə olan "Qarabağ"ın ehtiyatda bir oyunu var.
Qeyd edək ki, bugünkü oyunlardan sonra Premyer Liqada qış fasiləsi yaranıb. Növbəti turun matçları 2021-ci il yanvarın 21-də keçiriləcək.