25.12.2020 11:22
419


Tomas Tuhellə yollarını ayıran PSJ-nin yeni baş məşqçisi müəyyənləşib.
“CEMPİON.AZ” Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisini Maurisio Poçettino çalışdıracaq. Tərəflərin razılığa gəldiyi və argentinalı mütəxəssislə 3 illik müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, Poçettino son olaraq “Tottenhem”i çalışdırıb. O, London klubundan 2019-cu ilin noyabrında ayrılıb.