bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Mbappe: “Təəssüf ki, bu, futbolun qanunudur”

25.12.2020 12:54 Oxundu 415

PSJ-nin hücumçusu Kilian Mbappe istefaya göndərilən baş məşqçi Tomas Tuhellə vidalaşıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Tuhelin klub tarixinə adını yazdırdığını bildirən Mbappe ona təşəkkür edib: “Təəssüf ki, bu, futbolun qanunudur. Ancaq burada keçirdiyin günlər heç vaxt unudulmayacaq. Klub tarixində çox gözəl bir iz qoydun. Təşəkkür edirəm”.

Qeyd edək ki, klub hələlik Tuhelin istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verməyib. Fransa mətbuatı isə artıq PSJ-nin Mauriso Poçettino ilə razılığa gəldiyini yazıb.