25.12.2020 15:17
518


PSJ istefaya göndərdiyi deyilən Tomas Tuhelə təzminat ödəyəcək.
“CEMPİON.AZ” Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu Tuhelə və məşqçilər heyətinə 7 milyon avro ödəməli olacaq.
Buna səbəb klubun müqavilənin bitməsindən əvvəl alman mütəxəssisi istefaya göndərməsidir.
Qeyd edək ki, 2018-ci ildən PSJ-ni çalışdıran Tuhelin paytaxt təmsilçisi ilə müqaviləsi bu mövsümün sonunadək nəzərdə tutulmuşdu.