şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Atletiko” müdafiə xəttini gücləndirmək istəyir

25.12.2020 15:50 Oxundu 427

İngiltərənin “Arsenal” klubunun futbolçusu Eynsli Maytland-Naylks karyerasını İspaniyada davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı ingiltərəli müdafiəçi “Atletiko”nun maraq dairəsinə düşüb.
Madrid klubu futbolçunu qış transfer dövründə heyətinə qatmağı planlaşdırır. La Liqa təmsilçisi Eynslini icarəyə götürmək fikrindədir.

Qeyd edək ki, Maytland-Nayls “Arsenal”da 17 oyun keçirib. Müqaviləsi 2023-cü ildə başa çatacaq müdafiəçi İngiltərə millisində 5 matça çıxıb.