bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Sulşer bu hücumçunu istəyir

25.12.2020 16:20 Oxundu 460

İngiltərənin “Everton” klubunun futbolçusu Dominik Kalvert-Levin digər Premyer Liqa təmsilçisinə keçməyə yaxındır.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Ole-Qunnar Sulşer forvardı sərəncamında görmək istəyir. 23 yaşlı ingiltərəli keçidi düyünə düşən Erlinq Holandın əvəzinə transfer olunacaq.

Qeyd edək ki, Dominik cari mövsümün 17 oyununda 14 qol vurub.