bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Cenk Tosunun keçidi alınmadı

25.12.2020 17:32 Oxundu 485

Türkiyə millisinin və İngiltərə “Everton”unun futbolçusu Cenk Tosunun Niderland təmsilçisi “Feyenoord”a keçidi baş tutmayacaq.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçu icarə əsasında Rotterdam klubuna keçməyəcək.

Çünki “Feyenoord”un baş məşqçisi Dik Advokat qış fasiləsində komandanın yeni oyunçu ilə güclənməyəcəyini açıqlayıb. Bu isə o deməkdir ki, niderlandlılar heç bir futbolçunun keçidində maraqlı deyil. Cenk böyük ehtimallar mövsümü Liverpul təmsilçisində başa vuracaq.

Qeyd edək ki, Tosun cari mövsüm 5 oyun keçirib.