bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Real”ın futbolçusu 3 aylıq sıradan çıxıb

25.12.2020 21:29 Oxundu 408

La Liqanın 15-ci turunda "Qranada" ilə matçda zədələnən "Real"ın futbolçusu Rodriqo Qoesin son durumu müəyyənləşib.

“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. "Marca" nəşri 19 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, Rodriqo bu mövsüm La Liqada 11 oyunda 4 qolun ötürməsini verib.