bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Milan”ın futbolçusu La Liqada oynaya bilər

26.12.2020 13:09 Oxundu 443


“Milan”ın futbolçusu Samuel Kastilleyu karyerasını İspaniyada davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Atletiko”, “Sevilya” və “Valensiya” yaxından maraqlanır. Oyunçunun “Vilyarreal”a qayıdacağı da istisna edilmir.

“Milan” isə Kastilleyunun transferinə müsbət baxır. İtaliya təmsilçisi onu 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, futbolçu bu mövsüm 10 oyuna çıxıb və 1 qol vurub.