bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Zidan artıq Marseloya güvənmir

26.12.2020 18:40 Oxundu 439

“Real”ın futbolçusu Marselo qış transfer pəncərəsində komandadan ayrıla bilər.

“CEMPİON.AZ” “El Chiringuito”ya istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı müdafiəçinin La Liqanın 11-ci turunda “Alaves”lə matçdan (1:2) sonra komanda yoldaşı Rafael Varanla arasında qarşıdurma yaşanmasıdır. Həmçinin baş məşqçi Zinəddin Zidan artıq braziliyalı oyunçuya güvənmir.

Qeyd edək ki, Marselo bu mövsüm 6 matça çıxıb və 2 qolun ötürməsini verib.