26.12.2020 23:43
447

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“CEMPİON.AZ” xəbər verir ki, o, bununla bağlı Britaniya mətbuatına açıqlamasında detyib:
“Düzü, "Liverpul"dan ayrılmağın səbəblərini bilmirəm. Mənim üçün yəqin ki, yeganə səbəb havadır. Ancaq insanları zorla saxlaya bilməzsən, biz bunu heç etməmişik. Bir futbolçu getmək istəyirsə, biz onun yolunda durmayacağıq".
Qeyd edək ki, Salahın adı "Real" və "Barselona" ilə hallanır.