bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

London derbisini “Arsenal” uddu

27.12.2020 11:27 Oxundu 419

İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.
 
“CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.
Turun açılış matçında turnir cədvəlinin 2-ci sırasında qərarlaşan “Lester” doğma meydanda ən yaxın izləyicisi “Mançester Yunayted”i qəbul edib. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Uğursuz mövsüm keçirən “Arsenal” doğma meydanda əzəli rəqibi “Çelsi” ilə üz-üzə gəlib. London derbisində “topçular” qələbəyə sevinob.
 
“Mançester Siti” isə “Nyukasl”la ev oyununda inamlı qələbə qazanıb.
 


26 dekabr
 
İngiltərə Premyer Liqası, 15-ci tur

"Lester" – "Mançester Yunayted" - 2:2
Qollar: Barnes, 31. Tuanzebe, 85-avtoqol– Reşford, 23. B.Fernandes, 79.
 
"Fulhem" – "Sauthempton" - 0:0
 
"Aston Villa" – "Kristal Pelas" - 3:0
Qollar
: Traore, 5. Hause, 66. El-Qazi, 76.
 
"Arsenal" – "Çelsi" - 3:1
Qollar: Lakazette, 34-pen. Caka, 44. Saka, 56 – Abraham, 85.
 
"Şeffild Yunayted" – "Everton" - 0:1
Qollar: Siqurdsson, 80.
 
"Mançester Siti" – "Nyukasl" - 2:0
Qollar: Gündoğan, 14. Torres, 55.

Turnir cədvəlinə 31 xalla "Liverpul" başçılıq edir. "Everton" 29 xalla 2-ci, "Lester" 28 xalla 3-cü, "Mançester Yunayted" 27 xalla 4-cü, "Mançester Siti" 26 xalla 5-ci, "Aston Villa" və "Çelsi" 25 xalla 6-cı, 7-ci yerləri bölüşür.