bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Alaba La Liqa yolunda

27.12.2020 12:52 Oxundu 423


Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba yeni klub axtarışlarını davam etdirir.

“CEMPİON.AZ” xəbər verir ki, ulduz futbolçunun anlaşmağa yaxın olduğu komanda müəyyənləşib.

Avstriya millisinin üzvü İspaniya “Real”ı ilə müqavilə imzalamağa hazırlaşır. Tərəflər arasında artıq ilkin razılıq əldə olunub. Yeganə qaranlıq qalan məqam 28 yaşlı sol cinah oyunçusunun illik məvacibi ilə bağlıdır. Alaba “Real”la anlaşsa belə, “kral klubu”na gələn ilin yayında keçəcək. Çünki o, mövsümün sonuna qədər Bundesliqa klubunda qalmaq qərarına gəlib.

Qeyd edək ki, Alaba 2008-ci ildən “Bavariya”da çıxış edir.