bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Hücumçu “Liverpul”dan ayrılır

27.12.2020 14:19 Oxundu 415

İngiltərənin “Liverpul” klubunun futbolçusu Divok Oriqiyə daha bir müştəri çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, qış fasiləsində klubdan ayrılacağı gözlənilən hücumçu “Brayton”un maraq dairəsindədir.

Sonuncular 25 yaşlı belçikalı forvardı yanvarda heyətində görmək istəyir. Lakin “Brayton” Divokun keçidi üçün digər klublarla mübarizə aparmalıdır.
“Vulverhempton”la “Lids” də onu heyətində görməkdə maraqlıdır. Almaniya “Şalke”si və İtaliya “Fiorentina”sı da Oriqi ilə hücum xətini gücləndirə biləcəyi qənaətindədir.

Qeyd edək ki, Divok cari mövsümdə 7 oyunda 1 qol vurub.