bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Yanvarda “Real”a keçə bilər

27.12.2020 15:28 Oxundu 456

İspaniyanın “Real” klubu Fil Fodeni transfer etmək niyyətindədir.

“CEMPİON.AZ” xəbər verir ki, madridlilər İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisini 2021-ci ilin yanvarında heyətinə qatmaq istəyir.

Futbolçunun klubunda heyətə düşməkdə çətinlik çəkməsi “Kral klubu”nun istəyini reallaşdırmasına kömək etməlidir. 20 yaşlı futbolçu oktyabrdan Premyer Liqa matçlarında start heyətinə düşə bilmir.

Foden cari mövsüm ümumilikdə 18 oyunda 5 qol vurub. Onun mançesterlilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Keçidin təxminən 60 milyona başa gələcəyi gözlənilir.