bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Qvardiolanın yetirmələri quru oyunların sayını 13-ə çatdırdılar

27.12.2020 15:52 Oxundu 416
 
İngiltərə Premyer Liqasının 15-ci turunda “Nyukasl”la matç “Mançester Siti” üçün əlamətdar olub.

“CEMPİON.AZ” “Opta”ya istinadən xəbər verir ki, Pep Qvardiolanın kollektivi bu mövsüm bütün turnirlərdə 13-cü dəfə oyunu qol buraxmadan tamamlayıb. Bu, Avropanın TOP-5 (La Liqa, Premyer Liqa, A seriyası, Liqa-1, Bundesliqa) çempionatlarında çıxış edən bütün komandalar arasında ən yaxşı göstərici hesab edilir.

Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 26  xalla 5-ci pillədə qərarlaşıb.