bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Fənərbaxça” gənc müdafiəçi transfer edcək

27.12.2020 16:23 Oxundu 410


Türkiyənin “Fənərbaxça” klubu Burak Kapacakı heyətinə qatmaq istəyir.

“CEMPİON.AZ” xəbər verir ki, İstanbul təmsilçisi “Bursaspor”un 21 yaşlı futbolçusuna elçi düşüb.

Danışıqlara start verən “sarı-lacivərtlilər” sağ cinah müdafiəçisinin transferini mövsümün sonunda gerçəkləşməsini istəyir. Bu da onunla bağlıdır ki, Burak yayda azad agent statusu alacaq. “Fənərbaxça” futbolçunu havayı ələ keçirmək niyyətindədir.

Ötən yayda da Kapacaka elçi düşən istanbullular “Bursaspor”un 5 milyon lirə istədiyi üçün transferdən müvəqqəti əl çəkmişdi.