bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Polşalı ilin ən yaxşı futbolçusu seçildi

28.12.2020 09:59 Oxundu 421

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrü bir neçə nominasiyada təqdim edilib.

“CEMPİON.AZ” xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski ilin ən yaxşı futbolçusu, Münhen klubunun çalışdırıcısı Hans-Diter Flik ilin ən yaxşı baş məşqçisi, 

"Bavariya" isə ilin ən yaxşı komandası seçilib.

"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola əsrin ən yaxşı baş məşqçisi, "Real" əsrin ən yaxşı futbol klubu, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo əsrin ən yaxşı oyunçusu adına layiq görülüb.

Ən yaxşı agent mükafatı yenidən Ronaldunun maraqlarını təmsil edən Jorje Mendeşə verilib.