bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Prosineçki milli komandada çalışa bilər

28.12.2020 10:49 Oxundu 405

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin işsiz günləri qısa çəkəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bu yaxınlarda “Dənizlispor”dan ayrılan xorvatiyalı mütəxəssis yenidən yığmada çalışmağa yaxındır.

Prosineçkinin Şimali Makedoniya millisinin  sükanı arxasına keçməsi gözlənilir. İqor Angelovskinin gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirən makedoniyalılar üçün Prosineçki prioritet hədəfdir. Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.