bazar ertəsi, 25 avqust 2025

BİZİM FUTBOL

Bir dəfə məğlub olub, ən çox qol vurublar

28.12.2020 13:58 Oxundu 454

Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb. 

“CEMPİON.AZ” xəbər verir ki, il ərzində 2019/20 mövsümünün 6, 2020/21 mövsümünün 13 turu keçirilib. 

turda ümumilikdə 75 oyun baş tutub. Keçirilən matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıbsa, 22 görüşdə heç-heçə qeydə alınıb.

2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Qurban Qurbanovun yetirmələri cəmi 1 dəfə uduzduğu ildə hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan “Neftçi” 36 xal yığıb. 3-cü sırada qərarlaşan “Zirə” “ağ-qaralar”dan 10 xal geridədir.
 
1 Qarabağ 18 10 7 1 41-10  37 
2 Neftçi 19 10 6 3 26-17  36
3 Zirə 19 7 5 7 23-29  26
4 Səbail 18 5 6 7 20-22  21
5 Qəbələ 19 5 6 8 24-31  21
6 Sabah 19 6 3 10 18-26  21
7 Sumqayıt 19 5 6 8 22-32  21
8 Keşlə 19 5 5 9 22-29  20