bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Messi: "Aramızda yaxşı münasibət var”

28.12.2020 14:51 Oxundu 444


“Barselona”nın kapitanı Lionel Messi PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna qayıdışının imkansız olduğunu düşünür.

“CEMPİON.AZ” xəbər verir ki, Messi İspaniya mətbuatına açıqlamasında braziliyalı futbolçunu almaq üçün “Barselona”da lazımı qədər pulun olmadığını bildirib:

“PSJ-nin istədiyi pulu necə ödəmək olar ki? Yeni klub prezidenti çətin bir durumda olacaq. Yeni futbolçular üçün pula ehtiyac var, ancaq hazırda o pul yoxdur".
 
Argentinalı futbolçu Neymarla tez-tez görüşdüyünü deyib: "Aramızda yaxşı münasibət var. O, mən və Luis Suarez tez-tez görüşürük”.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.