bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Atletiko”dan gedir

28.12.2020 15:44 Oxundu 416

İspaniyanın “Atletiko” klubunun hücumçusu Dieqo Kosta komandasını dəyişməyə hazırlaşır.

“CEMPİON.AZ” xəbər verir ki, İspaniya millisinin üzvü bununla bağlı rəhbərliyə müraciət edib.

32 yaşlı forvard ailəsində yaranmış problem səbəbindən ayrılması üçün icazə istəyib. Madrid təmsilçisi Braziliya əsilli oyunçunun mövsümün sonuna qədər olan müqaviləsinə xitam vermək barədə müzakirə aparır. Onun xidmətində maraqlı olan komandalar əsasən Türkiyə təmsilçiləridir.

Qeyd edək ki, Dieqo Kosta 2018-ci ildən “Atletiko”nun formasını geyinir. O, 2007-2009 və 2010-2014-cü illərdə də bu komandanın şərəfini qoruyub.