bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Milan” qapıçısına yeni müqavilə təklif etdi       

28.12.2020 16:37 Oxundu 434


İtaliyanın “Milan” klubu qapıçısı Canluici Donnaummaya yeni müqavilə təklif edib.

“CEMPİON.AZ” xəbər verir ki, A seriyası təmsilçisi qolkiperə ildə 7 milyon avro ödəməyə hazırdır.

Lakin futbolçunun agenti Mino Rayola klub rəhbərliyini digər təkliflər alması ilə hədələyir. Qapıçıya “Yuventus”la “İnter”in maraq göstərdiyini əsas gətirən agent Canluici üçün daha yaxşı şərtlərə nail olmaq istəyir. Hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatacaq qolkiper illik maaşının 6 milyondan 10 milyona çatdırılmasını istəyir.

Qeyd edək ki, Canluici cari mövsüm 13 matçdan dördündə qapısını toxunulmaz saxlayıb.