bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Messinin ən çox bəyəndiyi futbolçu Ronaldodur

28.12.2020 18:27 Oxundu 416

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliyə başlamaq fikrində deyil.

“CEMPİON.AZ” xəbər verir ki, argentinalı superulduz özünü texniki heyətdə görmədiyini söyləyib.

33 yaşlı futbolçu klubda başqa vəzifədə çalışmağın əleyhinə deyil: “Özümü məşqçi kimi görmürəm. Komandaya faydalı olacağını düşündüyüm, ehtiyac duyulacaq futbolçuları gətirmək üçün bəlkə idman direktoru vəzifəsində çalışa bilərəm”.

Leo həmçinin ən çox bəyəndiyi idmançıların da adlarını açıqlayıb. O, futbolçular arasında uzun illərdir rəqibi olan portuqaliyalı hücumçu Kriştianu Ronaldonu fərqləndirib: “Rafael Nadal, Roje Federer, Lebron Ceyms kimi heyran olduğum, hörmətə layiq bir çox idmançı var. Hər idman növündə belə bir insan var. Futbolda bu, Kriştianu Ronaldodur”.
Qeyd edək ki, 2004-cü ildən “Barselona”da çıxış edən Messinin klubla müqavilə müddəti mövsümün sonuna qədərdir.