bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

İbrahimoviç: “Miladda heç vaxt özüm üçün nəsə istəmirəm”

28.12.2020 19:45 Oxundu 434

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən gündəmə gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, isveçli superulduz açıqlaması ilə növbəti dəfə diqqət çəkib.

O, Milad bayramında özünə hədiyyə arzulamadığını söyləyib: “Miladda heç vaxt özüm üçün nəsə istəmirəm. Mən Şaxta babayam, 27 uşağımın hamısına hədiyyələr gətirən mənəm. Uşaqlarımdan ikisi İsveçdə, digər 25 nəfər Milanda qalır”.

Qeyd edək ki, bir aydır zədədən əziyyət çəkən İbrahimoviçin yanvarın ortalarında dönüşü gözlənilir.