şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Futbolçu “Milan”ı tərk etmək istəmədi

28.12.2020 21:30 Oxundu 454

İtaliyanın “Milan” klubunun futbolçusu Mateo Musakkio komandada qalmağa qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, 2021-ci ilin yayında müqaviləsi başa çatacaq müdafiəçi anlaşmanın sonunadək Milan təmsilçisində oynamaq niyyətindədir.

“Rossonyeri” yanvarda Mateo ilə vidalaşmaq istəsə də, Musakkio klubda qalmağa üstünlük verib. O, mövsümün sonunda azad agent kimi klubunu dəyişməyi daha məqsədəuyğun sayır.

Qeyd edək ki, Musakkio İspaniya təmsilçisi “Valensiya”nın maraq dairəsindədir.