bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Bavariya” nın baş məşqçisi ilin adamı seçildi

28.12.2020 20:36 Oxundu 416

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik növbəti mükafatını qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, 55 yaşlı mütəxəssis “Kicker” nəşri tərəfindən İlin adamı seçilib.

O, idman sahəsində fərqlənənlər üçün təsis edilən mükafata Münhen təmsilçisindəki uğurlarına əsasən yiyələnib. Flikin yetirmələri 2020-ci ildə 5 titula, o cümlədən Çempionlar Liqası və Bundesliqanın qalibi adına sahib çıxıb.

Qeyd edək ki, bir il əvvəl mükafata İngiltərə “Liverpul”u çalışdıran Yurgen Klopp yiyələnib.