28.12.2020 23:46
423


UEFA Türkiyənin "Ankaragücü" klubuna daha bir transfer qadağası qoyub.
“CEMPİON.AZ” xəbər verir ki, bunu Superliqa təmsilçisinin prezidenti Fatih Mert yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvəlki dövrdən iki futbolçuya qalan borcla bağlı sənədin xəbərdarlıq müddəti bitmək üzrədir və bu səbəbdən klub cəza ilə üzləşir. Paytaxt təmsilçisi qış transfer pəncərəsində heyətinə yeni oyunçu qata bilməyəcək.
Qeyd edək ki, "Ankaragücü" borc səbəbindən bundan əvvəlki iki transfer dönəmində də qadağa ilə üzləşib.