bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Nyukasl”a transfer qadağası qoyuldu

29.12.2020 11:15 Oxundu 423


İngiltərənin “Nyukasl” klubu qış transfer dövründə yeni futbolçu almayacaq.

“CEMPİON.AZ” xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin maliyyə durumu imkan vermir.

Nyukasl klubu heyətindəki problemlərin həlli üçün bir neçə oyunçu almaq arzusundadır. Amma ingiltərəlilər transferlərin reallaşması üçün vəsait tapa bilmir.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində 14-cü olan “Nyukasl” səhhətində problemlər yaranan iki liderinin – Allan Sen-Maksimenlə Rayan Freyzerin xidmətindən məhrumdur.